Türkiyədə “Amnesty”, MLSA və “Sülh naminə akademiklər”ə giriş məhdudlaşdırılıb

Türkiyədə "Amnesty International Türkiye", MLSA, “Sülh naminə akademiklər”, “Evrensel” və çoxsaylı digər sosial media hesabları barədə girişin məhdudlaşdırılması qərarı verilib. Qərarlar insan hüquqları və LGBTİ+ təşkilatlarına yönəlmiş bloklama dalğasının genişlənməsi fonunda qəbul olunub.

50

Türkiyədə “Amnesty International Türkiye”, Media və Hüquq Araşdırmaları Assosiasiyası (MLSA), “Sülh naminə akademiklər” təşəbbüsü, “Evrensel” qəzeti və bir sıra digər hüquq müdafiəçisi, jurnalist və təşkilatların sosial media hesabları barədə girişin məhdudlaşdırılması qərarı verilib.

MSNews.az xəbər verir ki,  qərar Bakırköy 4-cü Sülh Cəza Hakimliyinin 13 sentyabr 2026-cı il tarixli, 2026/9112 saylı qərarı əsasında qəbul edilib. Siyahıda Amnesty Türkiye, Barış Akademisyenleri, MLSA və “Evrensel”lə yanaşı hüquq müdafiəçiləri, qadın təşkilatları, jurnalistlər, həmkarlar ittifaqları və LGBTİ+ qruplarına aid hesablar da var.

“Anadolu Agentliyi” bildirir ki, Bakırköy Respublika Baş Prokurorluğunun müraciətindən sonra ümumilikdə 48 “X” hesabı, 10 “Instagram” hesabı və bir internet saytı barədə girişin məhdudlaşdırılması və məzmunun çıxarılması qərarı verilib. Rəsmi tərəf istintaqın “ədəbsiz məzmun”, “LGBT təbliğatı” xarakterli paylaşımlar və davam edən istintaqları hədəfə alan məzmunlarla bağlı aparıldığını bildirib. Bununla belə, açıq məlumatlarda siyahıdakı hər bir təşkilata qarşı bu əsasların ayrıca necə tətbiq edildiyi göstərilmir.

“EngelliWeb” bloklamaların sentyabrın 12-də LGBTİ+ təşkilatlarının hesabları ilə başladığını, bir gün sonra universitetlərdə fəaliyyət göstərən çoxsaylı LGBTİ+ icmalarına, daha sonra isə media, hüquq və insan haqları sahəsində çalışan qurumlara qədər genişləndiyini bildirir. Layihə bu prosesi Türkiyədə internetə giriş məhdudiyyətlərinin genişlənməsi kontekstində izləyir.

Məhkəmə qərarı bütün hesablarda eyni anda texniki olaraq tətbiq edilməyib. “Amnesty International Türkiye” BBC Türkçəyə hesabına girişlə bağlı rəsmi bildiriş almadığını, buna görə qərarın konkret səbəbini bilmədiyini, lakin 14 sentyabr etibarilə “X” hesabının Türkiyədən açılmadığını bildirib.

“Evrensel”in vəziyyəti isə fərqli olub. Qəzetin baş redaktoru Hakkı Özdal bildirib ki, Kibertəhlükəsizlik İdarəsinin hesabın məhdudlaşdırılmasını tələb etməsi barədə X-dən bildiriş alıblar. Bununla belə, açıqlama verilən vaxt @evrenselgzt hesabına Türkiyə daxilindən giriş davam edib. Qəzet həmçinin məhkəmə qərarında 5651 saylı qanunun 8/A maddəsi çərçivəsində “milli təhlükəsizlik və ictimai asayişin qorunması” əsasının göstərildiyini yazıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.