Xameneinin oğlu və gəlini də öldürüldü

Tehranda endirilən zərbələr nəticəsində Əli Xameneinin oğlu Seyid Müctəba Xamenei və həyat yoldaşının öldüyü iddia edilir. Məlumatı şəhər şurası üzvü açıqlayıb.

456

Tehranda ABŞ və İsrailin bu gün endirdiyi zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xameneinin oğlu və gəlininin həlak olduğu bildirilir.

MSNews.az xəbər verir ki, İran KİV-lərinin yaydığı məlumata görə, şəhər şurasının üzvü Meysam Mozaffar bəyan edib ki, zərbə nəticəsində Seyid Müctəba Xamenei və həyat yoldaşı həyatını itirib.

Qeyd olunur ki, Seyid Müctəba Qərb mediasında tez-tez Xameneinin potensial varisi kimi təqdim olunurdu. O, ali rəhbərin ikinci övladı idi. Hadisə ilə bağlı rəsmi və müstəqil təsdiq hələlik açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.