MEDİA açıqlama yaydı

MEDİA “Middle East Eye” və “Haaretz”də İsrailin İranla müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı yayılan iddiaları dezinformasiya və kobud manipulyasiya adlandırıb.

141

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı yayılan iddiaları dezinformasiya adlandırıb.

MSNews.az xəbər verir ki, “MEDİA”nın açıqlamasında iyunun 5-də “Middle East Eye” və “Haaretz” informasiya resurslarında dərc olunan məlumatların heç bir fakta istinad etmədən tirajlandığı bildirilib.

Agentlik qeyd edib ki, İsrailin İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialar kobud manipulyasiya nümunəsidir və dezinformasiya xarakteri daşıyır.

MEDİA bu cür məlumatların beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa, həmçinin regionda əlavə gərginlik formalaşdırmağa yönəldiyini bildirib.

Açıqlamada vurğulanıb ki, belə əsassız iddiaların yayılması məsuliyyətsiz informasiya siyasətinin təzahürüdür və ictimai rəyi çaşdırmağa xidmət edir.

Qeyd edək ki, daha əvvəl də MEDİA oxşar iddialarla bağlı açıqlama yayaraq Azərbaycanın ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmadığını bildirmişdi. Agentlik bu cür məlumatları regional təhlükəsizliyə qarşı yönəlmiş informasiya manipulyasiyası kimi qiymətləndirib.

Hazırda Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, İsrail-İran müharibəsi kontekstində Azərbaycan ərazisinin istifadə edilməsi barədə yayılan iddialar faktlara söykənmir və rəsmi Bakı tərəfindən rədd edilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti