Jianq Xueqin: “Tramp “Üçüncü Roma” strategiyasına qarşı hərəkət edir”

Jiang Xueqin ABŞ-ın texnokratik imperiyaya çevrildiyini və Trampın “Kale Amerika” strategiyası ilə yeni geosiyasi model qurduğunu iddia edir.

34

Türkiyənin “Sözcü” nəşri yazır ki, çinli analitik Jianq Xueqin ABŞ-ın qlobal rolunun dəyişdiyini və ölkənin “respublika modelindən texnokratik imperiyaya” doğru transformasiya etdiyini iddia edib.

Onun sözlərinə görə, bu proses qədim Roma Respublikasının imperiyaya çevrilməsi ilə müqayisə oluna bilər. Xueqin hesab edir ki, qərarların demokratik mexanizmlərdən çox texnokrat və elita dairələri tərəfindən verilməsi bu transformasiyanın əsas göstəricisidir.

Professor həmçinin qeyd edir ki, ABŞ Prezidenti Donald Trumpın “Qala Amerika” (Fortress America) yanaşması, Rus ideoloqu Aleksandr Duqinin irəli sürdüyü “Üçüncü Roma” konsepsiyasına qarşı alternativ strategiya kimi formalaşır.

Xueqinə görə, dünya hazırda yeni geosiyasi bloklaşma mərhələsinə daxil olur. O, ABŞ-ın ənənəvi qlobal liderlik modelindən uzaqlaşaraq daha çox daxilə yönələn siyasət apardığını vurğulayır.

Analitik İranla bağlı münaqişənin ABŞ üçün strateji dönüş nöqtəsi ola biləcəyini də qeyd edir. Onun fikrincə, bu müharibə Amerika hegemoniyasının zəifləməsinə və mövcud “Yeni dünya düzəni”nin sarsılmasına səbəb ola bilər.

Eyni zamanda, ekspert müharibələrin yalnız hərbi deyil, həm də ideoloji və sosial mobilizasiya aləti kimi istifadə edildiyini bildirir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.