İsveçrədə 429 Çarli Çaplin bir araya gəldi

İsveçrədə “Chaplin’s World” muzeyinin 10 illiyi münasibətilə 429 nəfər Çarli Çaplinin məşhur obrazında bir araya gəlib.

127

İsveçrədə yüzlərlə insan Çarli Çaplinin məşhur “The Tramp” obrazında bir araya gəlib.

MSNews.az xəbər verir ki, tədbir Korsiyer-sür-Vevey bölgəsində yerləşən “Chaplin’s World” muzeyinin 10 illiyi münasibətilə təşkil olunub. İştirakçılar qara şlyapa, bığ, kostyum və əsa ilə Çaplinin ikonik obrazını canlandırıblar.

Tədbirin məqsədi Çaplinin “The Tramp” obrazında ən böyük insan toplanışı üzrə dünya rekordunu yeniləmək idi.

Gulf News” AFP-yə istinadən yazır ki, tədbirdə ümumilikdə 429 nəfər iştirak edib. Onlar muzeyin yerləşdiyi Manua de Ban malikanəsinin qarşısında toplaşaraq yubiley münasibətilə böyük “10” rəqəmi formasında düzülüblər.

Bununla belə, iştirakçı sayı mövcud rekordu yeniləməyə kifayət etməyib. Əvvəlki rekord 2017-ci ildə eyni məkanda qeydə alınıb və həmin vaxt 662 nəfər Çaplin obrazında bir araya gəlmişdi.

Çarli Çaplin ömrünün son 25 ilini İsveçrədə, Manua de Ban malikanəsində yaşayıb. Bu məkan sonradan onun həyat və yaradıcılığına həsr olunan “Chaplin’s World” muzeyinə çevrilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.