İndoneziya Prezidenti: “Azad Fələstin!” – Prabovodan diqqətçəkən çıxış

İndoneziya Prezidenti Prabovo Subianto İslam məktəbinin 100 illik yubileyində dəfələrlə “Azad Fələstin!” şüarını səsləndirib. O, Fələstinə yardım üçün İndoneziyanın güclənməsinin vacibliyini vurğulayıb.

19

İndoneziya Prezidenti Prabovo Subianto ölkəsində keçirilən dini təhsil müəssisəsinin 100 illik yubiley mərasimində dəfələrlə “Azad Fələstin!” şüarını səsləndirib. Dövlət başçısı Fələstin xalqına daha effektiv yardım göstərə bilmək üçün İndoneziyanın güclü dövlətə çevrilməsinin vacibliyini vurğulayıb.

MSNews.az xəbər verir ki, Prezident bu barədə sentyabrın 19-da İndoneziyanın Şərqi Yava əyalətinin Ponoroqo şəhərində yerləşən Darussalam Gontor İslam məktəbinin 100 illik yubiley mərasimində çıxışı zamanı danışıb.

Bu barədə “Anadolu Agentliyi”  məlumat yayıb.

Tədbirdə iştirak edən Fələstinin İndoneziyadakı səfiri Əbdülfəttah əs-Səttariyə xüsusi diqqət ayıran Prabovo çıxışı zamanı bir neçə dəfə “Azad Fələstin!” şüarını səsləndirib. Prezidentin çağırışı mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Fələstinli diplomat daha sonra dövlət başçısına ənənəvi Fələstin yaylığı olan kufiyə təqdim edib. Prabovo yaylığı çiyninə salaraq səfirlə qucaqlaşıb.

İndoneziya lideri çıxışında Fələstin xalqının üzləşdiyi vəziyyətə toxunaraq ölkəsinin bu insanlara kömək etmək üçün iqtisadi və siyasi baxımdan güclənməli olduğunu bildirib.

“Əgər güclü olsaq, başqa bir rejim tərəfindən zülmə məruz qalan qardaş və bacılarımıza kömək edə bilərik”, – deyə Prezident vurğulayıb.

Prabovo qeyd edib ki, dövlətin gücü onun özünü təmin etmək qabiliyyətindən, təbii sərvətlərindən səmərəli istifadə etməsindən və milli müstəqilliyini qorumasından asılıdır.

O, həmçinin İndoneziyanın yenidən müstəmləkəçiliklə üzləşməməsi üçün tarixi təcrübədən dərs çıxarmasının vacibliyini bildirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.