Rusiyanın Ukraynadakı hərbi itkiləri 1,5 milyona çatıb
Britaniya hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya 2022-ci ilin fevralından Ukraynada təxminən 1,5 milyon hərbçi itirib, onların 500 mindən çoxu həlak olub. Rəqəmlər müstəqil şəkildə tam təsdiqlənməyib.
Rusiya ordusunun itkiləri yeni cəlb olunanların sayını üstələyir
Qərb rəsmilərinin hesablamalarına görə, Rusiya ordusu Ukraynada hər ay cəlb etdiyi yeni hərbçilərin sayından təxminən 6 min nəfər çox şəxsi heyət itirir. Moskva isə yeni kütləvi səfərbərlikdən yayınaraq müqaviləli hərbçi…