Rusiyada “Alisa AI”ni smartfonlardan silinməz etmək istəyirlər

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi “Yandex”in “Alisa AI” köməkçisinə smartfonlarda geniş sistem səlahiyyətləri verilməsini və tətbiqin silinməz edilməsini nəzərdə tutan qaydaları hazırlayır. Ekspertlər məxfilik və məlumat təhlükəsizliyi riskləri barədə xəbərdarlıq edirlər.

Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağasını ləğv edib

Fransa Konstitusiya Şurası 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsini qadağan edən əsas müddəanı konstitusiyaya zidd sayıb. Emmanuel Makron hökumətə yeni hüquqi mexanizm hazırlamağı tapşırıb.