“Azerconnect Group” Azərbaycanda RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu

Azərbaycanda aparıcı İKT şirkəti “Azerconnect Group” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşularaq ölkədə bu platformadan istifadə edən ilk özəl telekommunikasiya şirkəti oldu. İntegrasiya sənəd dövriyyəsini sürətləndirir, təhlükəsizliyi artırır və kağız istifadəsini minimuma endirir.

120

“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu

Azərbaycanda aparıcı İKT şirkəti “Azerconnect Group” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşularaq ölkədə bu platformadan istifadə edən ilk özəl telekommunikasiya şirkəti olub. Bu barədə FED.az məlumat verib.

RSD sistemi qurumlar arasında real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin edən rəqəmsal platformadır. Şirkət bu inteqrasiya sayəsində kağız üzərində sənəd dövriyyəsini aradan qaldıraraq sürətli, etibarlı və elektron şəkildə sənəd mübadiləsini həyata keçirəcək.

RSD-yə qoşulmaq proseslərin avtomatlaşdırılmasını, məlumatların təhlükəsizliyinidayanıqlığını artırır, həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verir. Platformanın istifadəsi həm də şirkətin ESG prinsiplərinə sadiqliyini göstərir: kağız istifadəsi minimuma endirilir və ətraf mühitin qorunması təmin olunur.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanıb və sertifikatlaşdırılmış proqram və texniki həllər vasitəsilə sənədlərin təhlükəsizliyini, məxfiliyini və dövriyyəyə nəzarəti təmin edir. Bu sistem inzibati iş yükünü, kuryer və kağız xərclərini də əhəmiyyətli dərəcədə azaldır.

“Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edən ölkənin qabaqcıl İKT şirkətlərindən biridir və “NEQSOL Holding” qrupuna daxildir.