Almaniyada yeni hərbi qanun narazılıq doğurdu

Almaniyada yeni hərbi xidmət qanunu 17-45 yaş arası kişilər üçün uzunmüddətli xarici səfərlərə ordu icazəsi tələb edir. Qayda ölkədə etiraz və ciddi müzakirələrə səbəb olub.

37

Almaniyada 2026-cı il yanvarın 1-dən qüvvəyə minən yenilənmiş hərbi xidmət qanunu ölkədə geniş müzakirələrə səbəb olub. Qanuna əsasən, 17-45 yaş arası kişilər üç aydan artıq xaricdə qalmaq istədikdə Bundesverin, yəni Almaniya ordusunun icazəsini almalıdır. Almaniya Müdafiə Nazirliyi təsdiqləyib ki, bu qayda qüvvədədir, lakin hazırda əlavə izahat və istisna mexanizmləri üzərində işlənir. 

Məlumatı MSNews.azReuters“-ə istinadən verir.

Rəsmi Berlin vurğulayır ki, Almaniyada hərbi xidmət hələ də könüllülük prinsipinə əsaslanır və yeni qaydanın məqsədi mümkün fövqəladə vəziyyət zamanı hərbi qeydiyyat sistemini daha etibarlı saxlamaqdır. Müdafiə qurumu bu addımı Bundesverin sayını artırmaq və NATO öhdəliklərini yerinə yetirmək planının bir hissəsi kimi izah edir. Hökumət 2035-ci ilə qədər aktiv hərbçilərin sayını 183 mindən 260 minə çatdırmaq istəyir.

Müzakirələrin əsas səbəblərindən biri də qanunun yalnız xaricə səfərlə bağlı maddəsi deyil, ümumi hərbi modelin sərtləşdirilməsi ehtimalıdır. Qanun bütün 18 yaşlı kişilər üçün hərbi uyğunluq anketini məcburi edir, lakin hələlik məcburi hərbi xidmətin özünü geri qaytarmır. Müdafiə naziri Boris Pistorius daha əvvəl bildirmişdi ki, könüllülərin sayı kifayət etməsə, parlament məcburi xidmət məsələsini yenidən gündəmə gətirə bilər.

Bu fonda Almaniyada məktəblilərin və tələbələrin etirazları artıq bir neçə aydır davam edir. “Guardian” yazır ki, qanun layihəsi qəbul edilən dövrdə minlərlə gənc ölkənin onlarla şəhərində “school strike” formatında aksiyalar keçirib. Yeni qaydanın detalları yalnız son günlərdə geniş diqqət çəkib və müxalifət hökuməti qarışıqlıq yaratmaqda tənqid edib.

Almaniya Müdafiə Nazirliyi eyni zamanda bildirir ki, hərbi xidmət könüllü qaldığı müddətdə uzunmüddətli xarici səfərlərlə bağlı icazələrin, prinsip etibarilə, verilməsi gözlənilir. Nazirliyin mövqeyinə görə, bu, daha çox ehtiyat qeydiyyatını izləmək üçün nəzərdə tutulan texniki mexanizmdir və Soyuq müharibə dövründən qalan qaydanın yenilənmiş formasıdır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.