Britaniya radiosu səhvən Kral Çarlzın ölümünü elan etdi

Böyük Britaniyada "Radio Caroline" texniki səhv səbəbindən Kral III Çarlzın ölümü barədə yanlış anons yayımlayıb və daha sonra üzr istəyib.

1

Böyük Britaniyada “Radio Caroline” radiostansiyası texniki səhv səbəbindən Kral III Çarlzın vəfat etdiyi barədə yanlış anons yayımlayıb. “The Independent” yazır ki, İngiltərənin cənubu və Midlends bölgələrində yayımlanan radiostansiya səhv anonsdan sonra “Tanrı Kralı qorusun!” himnini səsləndirib.

Məlumata görə, adi radio yayımı qəfil dayandırılıb, aparıcılar normal proqramın dayandırıldığını elan ediblər. Daha sonra yayım təxminən 15 dəqiqəlik sükuta bürünüb. Hadisədən sonra radiostansiya dinləyicilərdən və kral ailəsindən üzr istəyib.

“Radio Caroline”-in stansiya meneceri Piter Mur açıqlamasında bildirib ki, hadisə mayın 19-da əsas studiyada baş verən kompüter xətası nəticəsində olub. Onun sözlərinə görə, Böyük Britaniya radiostansiyalarında fövqəladə hallar üçün hazır saxlanılan “Monarxın ölümü proseduru” səhvən aktivləşib və sistem Kralın vəfat etdiyi barədə yanlış elan yayıb.

“RadioToday”-in məlumatına görə, sistem “Kral vəfat edib” məzmunlu anonsu yayımladıqdan sonra “Radio Caroline” 16 dəqiqə efirdən kənarda qalıb. Sükut texniki heyətin diqqətini çəkib, bundan sonra yayım bərpa olunub və efirdə üzrxahlıq edilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.