ABŞ-da müsəlman qadın siyasətçilərə qarşı təhdidlər artır

ABŞ-da aralıq seçkilər ərəfəsində müsəlman qadın siyasətçilər islamofob hücumlar, zorakılıq hədələri və süni intellektlə hazırlanmış saxta görüntülərlə üzləşdiklərini bildiriblər.

54

ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində müsəlman qadın siyasətçilər dini mənsubiyyətlərinə görə təhdid və qarayaxma kampaniyalarının hədəfinə çevrildiklərini bildiriblər. Onların sözlərinə görə, sosial şəbəkələrdə təhqiramiz paylaşımlar, saxta ittihamlar və süni intellektlə dəyişdirilmiş görüntülər yayılır.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The 19th” nəşrinin araşdırmasında məlumat verilib. Nəşrə danışan Ohayo ştatının qanunvericisi Münirə Abdullahi 2022-ci ildə vəzifəyə seçildikdən bəri ən ağır islamofobiya dalğası ilə üzləşdiyini bildirib.

Abdullahinin sözlərinə görə, ifrat sağçı fəal Lora Lumer onu hədəf alan paylaşımlar yayıb, süni intellekt vasitəsilə fotolarını dəyişdirib. Deputat özünün əsassız şəkildə terrorçu və ABŞ düşməni kimi təqdim olunduğunu bildirib. O, hücumların koordinasiyalı xarakter daşıdığını düşünür, lakin bu iddia müstəqil şəkildə təsdiqlənməyib.

Kaliforniyanı Konqresdə təmsil edən Lətifə Saymon isə zorakılıq hədələri səbəbindən ofisinin ünvanını ictimaiyyətə açıqlamadığını və tədbirlərdə əlavə təhlükəsizlik tədbirləri gördüyünü bildirib.

Vaşinqton ştatının senatoru Yasmin Trüdo müsəlman bayramlarının rəsmi tanınması ilə bağlı təşəbbüsündən sonra şəriət qanunlarını tətbiq etmək niyyətində olmaqda ittiham edildiyini açıqlayıb.

Corciya ştatının deputatı Ruva Romman da 2025-ci ildən etibarən müsəlmanlara qarşı yönəlmiş paylaşımların və siyasi reklamların artdığını bildirib. Onun sözlərinə görə, bu məzmunların yayılmasında avtomatlaşdırılmış hesablar da iştirak edir.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) 2026-cı il məlumatlarına əsasən, ABŞ-nin 26 ştatında 250-dən çox müsəlman seçkili vəzifə tutur və onların 43 faizini qadınlar təşkil edir.

Rutgers Universitetinin hüquq professoru Sahar Əziz isə müsəlman namizədlərə qarşı dini mənsubiyyət əsasında aparılan kampaniyaların onların siyasi iştirakına maneələr yaratdığını vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.