ABŞ Avropadan 25-40 min hərbçisini çıxara bilər

Pentaqon Avropadakı ABŞ hərbi kontingentini 25 min, daha sərt ssenaridə isə 40 min nəfərədək azaltmağı nəzərdən keçirir. Yekun qərar hələ verilməyib.

35

Pentaqon ABŞ-ın Avropadakı hərbi mövcudluğunu ciddi şəkildə azaltmağı nəzərdən keçirir. Müzakirə olunan variantlardan biri ən azı 25 min amerikalı hərbçinin qitədən çıxarılmasını, daha geniş ssenari isə ixtisarın 40 min nəfərədək çatdırılmasını nəzərdə tutur. Yekun qərar hələ qəbul edilməyib.

MSNews.az xəbər verir ki, NBC News-un yeddi hazırkı və keçmiş ABŞ və Qərb rəsmisinə istinadən yaydığı məlumata görə, Pentaqon Avropadakı qüvvələrin gələcək strukturuna dair altı aylıq araşdırma aparır. Hazırda qitədə təxminən 80 min ABŞ hərbçisi yerləşdirilib. ABŞ Avropa Komandanlığı da son rəsmi məlumatlarında bu rəqəmi təxminən 80 min göstərib.

25 min nəfərlik ixtisar həyata keçirilərsə, ABŞ-ın Avropadakı hərbi kontingenti təxminən üçdəbir azalacaq. Daha sərt variantda isə 40 min hərbçinin çıxarılması nəzərdən keçirilir ki, bu da mövcud kontingentin təxminən yarısına bərabərdir.

Plan yalnız şəxsi heyətlə məhdudlaşmır. NBC-nin məlumatına görə, Pentaqon Avropadan hərbi təyyarələrin, gəmilərin və silah sistemlərinin bir hissəsinin çıxarılması variantlarını da nəzərdən keçirir. Almaniya, İtaliya və İspaniyanın mümkün ixtisarlardan ən çox təsirlənə biləcək ölkələr sırasında olduğu bildirilir.

Bununla yanaşı, bütün qüvvələrin ABŞ-a qaytarılması nəzərdə tutulmaya bilər. Müzakirə olunan variantlardan biri bəzi hərbi bölmələrin NATO-nun şərq cinahına yenidən yerləşdirilməsidir.

ABŞ Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkyeviçin ilkin qiymətləndirməni müdafiə naziri Pit Heqsetə təqdim etməsi gözlənilir. Yekun tövsiyənin isə 6 noyabradək hazırlanaraq daha sonra Prezident Donald Trampın nəzərinə çatdırılması planlaşdırılır.

“Reuters” də Pentaqonun Avropadakı qüvvələrin sayını azaltmaq imkanını araşdırdığını təsdiqləyir. Agentliyin məlumatına görə, mümkün ixtisarlar NATO müttəfiqləri və ABŞ Konqresinin bəzi üzvləri arasında narahatlıq yaradıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.