İcra başçısı nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının təhsil naziri dəyişib. Elxan Nəcəfov vəzifədən azad edilib, onun yerinə keçmiş Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov təyin olunub.

11

Naxçıvan Muxtar Respublikasında təhsil naziri dəyişib. Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.

MSNews.az xəbər verir ki, Ovni Muradov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Muradov sentyabrın 24-də Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. O, bu vəzifəyə 29 aprel 2024-cü ildə təyin olunmuşdu.

Ovni Muradov üçün təhsil sahəsi yeni deyil. Açıq mənbələrdəki bioqrafik məlumatlara əsasən, o, əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra məktəb direktoru və Babək Rayon Təhsil Şöbəsinin müdiri işləyib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb, 2023-cü ilin sentyabr-oktyabr aylarında isə təhsil nazirinin vəzifələrini müvəqqəti icra edib.

Elxan Nəcəfov isə 2023-cü ilin oktyabrında Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilmiş və nazirin səlahiyyətlərini müvəqqəti icra etməyə başlamışdı. 31 may 2024-cü ildə Ali Məclisin qərarı ilə onun təhsil naziri vəzifəsinə təyinatı təsdiqlənmişdi.

Maraqlıdır ki, sentyabrın 15-də Nehrəm qəsəbəsində yeni məktəbin açılışı zamanı Elxan Nəcəfov təhsil naziri, Ovni Muradov isə Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi tədbirdə birlikdə iştirak etmişdilər.

Ovni Muradovun təhsil naziri təyin ediləcəyi barədə məlumat sentyabrın 25-i səhər saatlarında da yayılmış, təyinatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında rəsmiləşdiriləcəyi bildirilmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti