Qabon hökuməti milli komandanın fəaliyyətini dayandırdı

Qabon hökuməti Afrika Millətlər Kubokundakı uğursuz çıxışdan sonra milli futbol komandasını dayandırıb, Pyer-Emerik Obameyanq və Bruno Ekyule Manqanı yığmadan uzaqlaşdırıb.

104

Qabon hökuməti Afrika Millətlər Kubokunda (AFCON) uğursuz çıxışdan sonra milli futbol komandasının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Komandanın aparıcı ulduzu, “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq və yığmanın kapitanı Bruno Ekyule Manqa milli komandadan kənarlaşdırılıb, məşqçilər heyəti isə buraxılıb.

Qabon yığması AFCON-un “F” qrupunda keçirdiyi bütün oyunlarda məğlub olaraq qrupun sonuncusu olub. Son turda Fil Dişi Sahilinə qarşı oyunda 2:0 hesabı ilə önə keçməsinə baxmayaraq, komanda üstünlüyünü qoruya bilməyib. Jan-Filipp Krassonun 44-cü dəqiqədə vurduğu qol, eləcə də oyunun son 10 dəqiqəsində Evan Gessan və Bazumana Traorenin qolları Fil Dişi Sahilinə qələbə qazandırıb.

Turnirdən kənarlaşdırıldıqdan sonra Qabon hökuməti milli televiziyada oxunan rəsmi bəyanat yayıb. Bəyanatda yığmanın çıxışı “biabırçı” adlandırılıb və Pyer-Emerik Obameyanqla Bruno Ekyule Manqanın milli komandanı təmsil etməkdən “kənarlaşdırıldığı” bildirilib. Qeyd edək ki, Ekyule Manqa 105 oyunla Qabon tarixinin ən çox milli forma geyinmiş futbolçusudur, Obameyanq isə 41 qolla yığmanın bombardiridir.

Bruno Ekyule Manqa turnirin ilk iki oyununda start heyətində yer alsa da, Fil Dişi Sahilinə qarşı matçda ehtiyatda qalıb. Obameyanq Mozambikə qarşı 3:2 hesablı məğlubiyyətdə qol vursa da, bud nahiyəsindən aldığı zədə səbəbindən son oyun üçün heyətə salınmayıb.

Qabon yığmasının baş məşqçisi, futbolçu karyerasında milli komandanın heyətində 30-dan çox oyuna çıxmış Tiyerri Mayuma da vəzifəsini tərk edəcək. Hökumət texniki heyətin “tamamilə buraxıldığını” açıqlayıb.

Rəsmi bəyanatda deyilir:

“‘Panterlər’in “Total Energies Morocco 2025” Afrika Millətlər Kubokundakı biabırçı çıxışını və Beşinci Respublikanın təbliğ etdiyi etik və nümunəvi dəyərlərə zidd olan çoxşaxəli nəticələri nəzərə alaraq, hökumət aşağıdakı qərarları qəbul edib: texniki heyəti buraxmaq; milli komandanın fəaliyyətini növbəti qərara qədər dayandırmaq; futbolçular Bruno Ekyule Manqa və Pyer-Emerik Obameyanqı yığmadan uzaqlaşdırmaq. Eyni zamanda, Qabon Futbol Federasiyası bütün məsuliyyəti öz üzərinə götürməyə çağırılır.”

Xatırladaq ki, Qabon yığması ötən ilin noyabrında Nigeriyaya qarşı bir oyundan ibarət pley-off yarımfinalında məğlub olaraq yayda keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməmişdi. Komanda seçmə mərhələdə 10 oyunun 8-də qalib gəlsə də, qrup lideri Fil Dişi Sahilindən bir xal geri qalaraq ikinci yeri tutmuşdu.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
30 aprel 2026