Sebastyan Bekkasesse Ekvador millisindən ayrıldı

Sebastyan Bekkasesse DÇ-2026-nın 1/16 finalında Meksikaya məğlubiyyətdən sonra Ekvador millisinin baş məşqçisi postunu tərk edib.

12

Sebastyan Bekkasesse Ekvador millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.

MSNews.az xəbər verir ki, argentinalı mütəxəssis qərarını Ekvadorun 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya məğlub olmasından sonra açıqlayıb.

“Reuters”in məlumatına görə, Ekvador Meksika ilə oyunda 0:2 hesabı ilə uduzub və mundialla vidalaşıb.

Bekkasesse matçdan sonra komanda ilə vidalaşdığını bildirib. O qeyd edib ki, müqaviləsi dünya çempionatının sonu ilə başa çatmalı idi və Ekvador turniri erkən tərk etdiyinə görə onun da işi yekunlaşıb.

“Bu gün gözəl bir ailə ilə vidalaşmalıyam”, – Bekkasesse bildirib.

“Goal” yazır ki, 45 yaşlı mütəxəssis Meksikaya məğlubiyyətdən sonra istefa qərarını təsdiqləyib və komandanın qarşıya qoyulan hədəfə çata bilmədiyini etiraf edib.

Ekvador DÇ-2026-da pley-offa yüksəlsə də, 1/16 final mərhələsində turnirin ev sahiblərindən olan Meksika qarşısında uğursuz çıxış edib. Meksika ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və oyunu 2:0 hesabı ilə qazanıb.

Bekkasesse Ekvador millisinə 2024-cü ildə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda dünya çempionatına vəsiqə qazanıb və qrup mərhələsində Almaniya üzərində qələbə ilə diqqət çəkmişdi.

Lakin mundialda ümumi çıxış Ekvador üçün məyusedici alınıb. Komanda qrup mərhələsində Kot-d’İvuara uduzub, Kurasao ilə heç-heçə edib və yalnız Almaniya üzərində qələbə sayəsində pley-offa yüksələ bilib.

Bekkasesse açıqlamasında futbolçulara minnətdarlıq edib və komandanın soyunub-geyinmə otağında güclü birlik olduğunu vurğulayıb. O, Ekvador millisindən sevgi, hörmət və futbolçulara qarşı böyük rəğbətlə ayrıldığını bildirib.

Ekvador Futbol Federasiyası hələlik yeni baş məşqçi ilə bağlı qərar açıqlamayıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.