Türkiyənin “Beşiktaş” futbol komandasını daşıyan təyyarə Batuma səfər zamanı təhlükəli vəziyyətlə üzləşib.
MsNews.az Bakues.az-a istinadla xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata əsasən, uçuş zamanı təyyarəyə ildırım dəyib, eyni zamanda güclü turbulentlik baş verib.
UEFA Avropa Liqasının V turunda “Hapoel Beer-Şeva” ilə oynamaq üçün Batuma yola düşən komanda əlverişsiz hava şəraiti səbəbindən təyinat məntəqəsinə enə bilməyib.
Buna görə də təyyarənin marşrutu dəyişdirilərək Türkiyədəki Rizə-Artvin hava limanına yönəldilib. Burada azarkeşlərin qarşılamasından sonra “Beşiktaş”ın futbolçuları və klub nümayəndələri Sarp sərhəd-keçid məntəqəsinə doğru yola çıxıblar.
Qeyd edək ki, komandalar arasında qarşılaşma noyabrın 26-da Batumda baş tutacaq.