Estoniyanın xarici işlər naziri Bakıya gəlir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

8

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

MsNews.az APA-ya istinadla xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, Marqus Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti