Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23,699 milyon dollar dəyərində məhsul ixrac olunub.
MsNews.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.