Azərbaycana 10 ayda 1.3 milyard dollarlıq avtomobil gətirilib

Bu ilin ilk 10 ayında Azərbaycana ümumi statistik dəyəri 1 milyard 289 milyon 833 min ABŞ dolları olan 64 898 avtomobil idxal edilib.

15

Bu ilin ilk 10 ayında Azərbaycana ümumi statistik dəyəri 1 milyard 289 milyon 833 min ABŞ dolları olan 64 898 avtomobil idxal edilib.

MsNews.az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir.

Onlardan 57 742-si minik avtomobilləri və əsasən sərnişin daşımaq üçün nəzərdə tutulan digər mühərrikli nəqliyyat vasitələri olub. Bu kateqoriya üzrə idxalın statistik dəyəri 1 milyard 77 milyon dolları ötüb.

Həmin kateqoriyada elektrik şəbəkəsindən doldurula bilən 12 970 hibrid, xarici mənbədən doldurulmayan 5 763 hibrid və yalnız elektrik mühərriki ilə işləyən 706 nəqliyyat vasitəsi qeydə alınıb. Elektrik şəbəkəsindən doldurula bilən hibridlərin idxal dəyəri 287.2 milyon dollar, digər hibridlərin idxal dəyəri 126.6 milyon dollar, tam elektrikli nəqliyyat vasitələrinin idxal dəyəri isə 18.6 milyon dollar təşkil edib.

Bundan əlavə ölkəyə 6 047 yükdaşıma vasitəsi, sürücü daxil olmaqla, 10 və daha çox nəfər daşımaq üçün nəzərdə tutulan 591 nəqliyyat vasitəsi və 518 xüsusi təyinatlı nəqliyyat vasitəsi gətirilib.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycana 57 275 ədəd avtomobil idxal olunub.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti