Azərbaycan şahmatçıları İtaliyada iki dünya çempionluğu qazandı

Zəhra Allahverdiyeva və Xaqan Əhməd İtaliyanın Montesilvano şəhərində keçirilən yeniyetmələr arasında dünya şahmat çempionatında qızıl medal qazanıblar.

7

Azərbaycan şahmatçıları İtaliyada keçirilən dünya çempionatında böyük uğura imza atıblar.

MSNews.az xəbər verir ki, İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşadək oğlan və qız şahmatçılar arasında dünya çempionatı başa çatıb.

Azərbaycan təmsilçisi Zəhra Allahverdiyeva 14 yaşadək qızlar kateqoriyasında dünya çempionu olub. O, yekun — 11-ci turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə edib və yarışı 9 xalla qızıl medalla tamamlayıb.

Azərbaycan üçün ikinci qızıl medalı Xaqan Əhməd qazanıb. 16 yaşadək şahmatçılar kateqoriyasında çıxış edən gənc şahmatçı son turda FIDE-ni təmsil edən Qleb Şeqlovu məğlub edib.

11 turun yekununda 9,5 xal toplayan Xaqan Əhməd karyerasında ilk dəfə dünya çempionu adını qazanıb. Qeyd edək ki, o, daha əvvəl 14 yaşadək şahmatçılar arasında Avropa çempionu tituluna sahib olmuşdu.

Montesilvanoda keçirilən dünya çempionatında 83 ölkədən 750-dən çox şahmatçı iştirak edib. Azərbaycan təmsilçiləri turnirdə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərin şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bu nəticə Azərbaycan şahmatı üçün mühüm uğur kimi qiymətləndirilir. Zəhra Allahverdiyeva və Xaqan Əhmədin qızıl medalları ölkənin yeniyetmə şahmat məktəbinin beynəlxalq arenada yüksək səviyyəsini bir daha nümayiş etdirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.