Rusiyalı general: “2027–2028-ci illərdə Rusiya dağıla bilər, Putini ağır sonluq gözləyir”

Rusiyalı istefada olan general-polkovnik Leonid İvaşov Ukraynada müharibənin davam etməsinin Rusiyanın dağılmasına səbəb ola biləcəyini bildirib. O, Vladimir Putini hakimiyyəti dinc yolla təhvil verməyə çağırıb.

20

Rusiyanın istefada olan general-polkovniki Leonid İvaşov Ukraynaya qarşı müharibənin davam etdirilməsinin ölkənin dağılmasına gətirib çıxara biləcəyini bəyan edib. Onun proqnozuna görə, mövcud siyasi kurs dəyişməzsə, Rusiya 2027–2028-ci illərdə ciddi dövlətçilik böhranı ilə üzləşə bilər. General Prezident Vladimir Putini hakimiyyəti dinc yolla təhvil verməyə çağırıb.

MSNews.az xəbər verir ki, Britaniyanın “Daily Express” nəşrinin yaydığı məlumatlara əsasən, 83 yaşlı general Ukraynadakı müharibənin Rusiyaya vurduğu siyasi, iqtisadi və hərbi zərərin artıq kritik həddə çatdığını iddia edib.

“Mənim qənaətimə görə, 2027-ci və ya 2028-ci ildə Rusiyanın sonu çatacaq. Ölkə dağılacaq”, – deyə İvaşov xəbərdarlıq edib.

General müharibənin uzanmasının sıravi Rusiya vətəndaşlarına getdikcə daha ağır başa gəldiyini, ölkədə sosial narazılığın və iqtisadi problemlərin dərinləşdiyini irəli sürüb.

İvaşov həmçinin hakimiyyətin dinc yolla dəyişdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Vladimir Putinə təhlükəsiz şəkildə vəzifədən getmək imkanı yaradılmalıdır.

Əks halda, general Rusiya prezidentinin tarixdə əvvəlcə xalq tərəfindən böyük rəğbət görən, sonradan isə hakimiyyətdən devrilərək edam edilən rəhbərlərin aqibəti ilə üzləşə biləcəyini bildirib.

İvaşovun açıqlamasını diqqətçəkən edən məqamlardan biri onun siyasi keçmişidir. O, Rusiyanın millətçi-vətənpərvər dairələrinə yaxın hərbçi kimi tanınıb və 1996–2001-ci illərdə Rusiya Müdafiə Nazirliyinin Baş Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə rəhbərlik edib.

General hələ 2022-ci il yanvarın 31-də, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən əvvəl müharibəyə qarşı açıq bəyanat yayımlamışdı.

Həmin vaxt İvaşov hərbi əməliyyatların Rusiyanın dövlət kimi mövcudluğunu təhlükə altına sala, böyük insan itkilərinə və beynəlxalq təcridə gətirib çıxara biləcəyini bildirmişdi. O, həmçinin müharibənin ruslarla ukraynalılar arasında uzunmüddətli düşmənçilik yaradacağı barədə xəbərdarlıq etmişdi.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti