Türkiyəli aktrisa Devrim Özkanın ərəb şeyxinin bir saatlıq şam yeməyi üçün təklif etdiyi 2,5 milyon dolları qəbul edərək Dubaya getdiyi barədə iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aktrisa və onun menecerlik şirkəti isə yayılan məlumatları qətiyyətlə təkzib ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” və “Cumhuriyet” nəşrləri məlumat yayıb.
“Yeraltı” serialında Ceylan obrazını canlandıran və Dəniz Can Aktaşla tərəf-müqabili olan Devrim Özkanın Dubay səfəri ilə bağlı sosial mediada müxtəlif iddialar ortaya atılıb.

İddialara əsasən, adı açıqlanmayan ərəb şeyxi aktrisaya onunla bir saatlıq şam yeməyi müqabilində 2,5 milyon dollar təklif edib və Özkan bu təklifi qəbul edib. Lakin aktrisanın menecerlik şirkəti “Engin Aykanat Management” açıqlama yayaraq məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Şirkətin açıqlamasında qeyd olunub:
“Devrim Özkan beynəlxalq brendlə əməkdaşlıq çərçivəsində keçiriləcək xüsusi jurnal üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında yayılan, heç bir konkret əsası olmayan xəbərləri qətiyyətlə təkzib edir və pisləyirik”.
Devrim Özkan da sosial şəbəkə hesabında iddialara istehzalı şəkildə münasibət bildirib. Aktrisa belə məlumatların yayılmasına davam ediləcəyi təqdirdə, həmin məbləği iddia müəlliflərindən alaraq baytarlıq klinikalarına borcu olan heyvansevərlərin borclarını ödəmək istədiyini bildirib.