Kiyevdə elektrik böhranı: Paytaxtda fövqəladə kəsintilər başlayıb

Ukraynanın paytaxtı Kiyevdə enerji infrastrukturuna hücumlardan sonra elektrik təchizatında ciddi fasilələr yaranıb. Şəhərdə fövqəladə elektrik kəsintiləri tətbiq olunur.

36

Ukraynanın paytaxtı Kiyevdə enerji böhranı kəskinləşib. Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində şəhərin müxtəlif ərazilərində elektrik təchizatı dayanıb, fövqəladə kəsintilər tətbiq olunub.

MSNews.az xəbər verir ki, Kiyev şəhər administrasiyasının məlumatına əsasən, noyabrın 7-də səhər saat 7:00-dan etibarən elektrik enerjisinin təcili məhdudlaşdırılmasına başlanılıb. Enerji çatışmazlığı səbəbindən əvvəlcədən müəyyən edilmiş kəsinti qrafikləri qüvvədən düşə bilər.

“Reuters” agentliyinin məlumatına görə, Rusiyanın noyabrın 7-nə keçən gecə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumları Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurub. Paytaxtda elektrik enerjisi ilə yanaşı, su və istilik təchizatında da fasilələr yaranıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə enerji təminatı ilə bağlı vəziyyətin ölkə üzrə ən ağır olduğunu bildirib. Şəhər meri Vitali Kliçko isə mövcud vəziyyəti son dərəcə çətin kimi qiymətləndirib.

Ukraynanın “Suspilne” nəşri yazır ki, noyabrın 7-də Kiyev vilayətinin bəzi ərazilərində elektrik kəsintilərinin gündəlik müddəti 13-17 saata çata bilər.

Paytaxtın bütün küçə və yaşayış binalarının eyni vaxtda tamamilə işıqsız qalması barədə məlumat isə rəsmi təsdiqini tapmayıb. Bununla belə, genişmiqyaslı kəsintilər şəhərin enerji təminatında ciddi problemlər yaratmaqda davam edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.