Tramp Ağ Evdə böyük dəyişiklik etdi: Syuzi Uayls vəzifədən gedir

Donald Tramp respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətindən sonra Ağ Evin aparat rəhbərini dəyişib. Syuzi Uaylsı sərt miqrasiya siyasəti ilə tanınan Stiven Miller əvəz edəcək.

42

ABŞ Prezidenti Donald Tramp respublikaçıların Konqresə aralıq seçkilərdəki məğlubiyyətindən sonra Ağ Evin aparat rəhbəri Syuzi Uaylsı vəzifəsindən uzaqlaşdıraraq onun yerinə sərt antiimmiqrasiya siyasəti ilə tanınan Stiven Milleri təyin edib.

MSNews.az xəbər verir ki, Tramp noyabrın 6-da “Truth Social” platformasında paylaşım edərək Millerin noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Tramp indiyədək aparat rəhbərinin müavini vəzifəsində çalışan Milleri ən etibarlı müşavirlərindən biri adlandırıb. O, Syuzi Uaylsın fəaliyyətini yüksək qiymətləndirərək bundan sonra prezidentin siyasi təşkilatında çalışacağını bildirib.

Stiven Miller 2016-cı ildən Trampın yaxın siyasi çevrəsində yer alır və administrasiyanın sərt immiqrasiya siyasətinin əsas ideoloqlarından hesab olunur. O, xüsusilə qeyri-qanuni miqrasiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin hazırlanmasında mühüm rol oynayıb.

“NPR” qeyd edir ki, kadr dəyişikliyi respublikaçıların aralıq seçkilərdə Konqresə nəzarəti itirməsindən dərhal sonra baş verib. Lakin Uaylsın vəzifədən getməsinin birbaşa seçki məğlubiyyəti ilə bağlı olduğu rəsmi şəkildə açıqlanmayıb.

Qeyd edək ki, Syuzi Uayls ABŞ tarixində Ağ Evin aparat rəhbəri vəzifəsini tutmuş ilk qadın olub. O, həmçinin Tramp administrasiyasında bu postda ən uzun müddət çalışan şəxs kimi tanınır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.