G7 yanacağın bahalaşmasına qarşı strateji ehtiyatlardan 100 milyon barel buraxacaq

G7 ölkələri yanacaq qiymətlərinin yüksəlməsinə qarşı strateji ehtiyatlardan 100 milyon barel neft və neft məhsulunun bazara çıxarılması barədə razılığa gəlib. İlk mərhələdə dizel tədarükü artırılacaq.

60

“Böyük Yeddilik” (G7) ölkələri dünya bazarında yanacaq qiymətlərinin sürətlə yüksəlməsinə qarşı fövqəladə ehtiyatlardan 100 milyon barel neft və neft məhsulunun bazara çıxarılması barədə razılığa gəlib. Proses dərhal başlayacaq və dörd ay davam edəcək. İlk 20 gündə isə əsas diqqət böyük həcmdə dizel ehtiyatlarının bazara buraxılmasına yönəldiləcək.

MSNews.az xəbər verir ki, qərar oktyabrın 2-də G7 liderlərinin fövqəladə videokonfransından sonra qəbul olunub. Razılaşmaya əsasən, ehtiyatların bazara çıxarılması Beynəlxalq Enerji Agentliyi vasitəsilə koordinasiya ediləcək.

G7-nin birgə bəyanatında bildirilir ki, artıq yerinə yetirilmiş əvvəlki öhdəliklər nəzərə alınmaqla, növbəti dörd ay ərzində 100 milyon barel ehtiyat bazara çıxarılacaq. G7 üzvləri və tərəfdaşları ilk 20 gün ərzində “əhəmiyyətli həcmdə” dizel buraxılışını önə çəkməyə razılaşıblar. Konkret ölkələr üzrə həcmlər açıqlanmayıb.

ABŞ Prezidenti Donald Tramp razılaşmadan sonra Avropanın böyük həcmdə dizel ehtiyatını bazara çıxarmağa razı olduğunu açıqlayıb və prosesin dərhal başlayacağını bildirib. CBS News Tramp administrasiyası bundan əvvəl Avropa ölkələrinə ehtiyatlardan istifadə etmələri üçün təzyiq göstərmiş, əks halda ABŞ-dan dizel ixracının məhdudlaşdırılması variantını gündəmə gətirmişdi.

Lakin G7 qərarını yalnız Vaşinqtonun tələbinin nəticəsi kimi təqdim etməyib. Qrupun rəsmi bəyanatında addım enerji bazarlarında yüksək dəyişkənlik və qiymət artımına cavab kimi əsaslandırılıb.

Razılaşmanın digər mühüm hissəsi enerji ixracına yeni məhdudiyyətlərin tətbiq edilməməsidir. G7 ölkələri öz aralarında enerji və enerji məhsullarının ixracına məhdudiyyət qoymamaq öhdəliyini bir daha təsdiqləyib və digər istehsalçıları da bazardakı gərginliyi artıra biləcək qadağalardan çəkinməyə çağırıb.

BEA-ya tədbirlərin bazara təsirini və ölkələrin öhdəlikləri necə yerinə yetirdiyini izləmək tapşırılıb. Agentlik ilk 20 gün ərzində vəziyyətlə bağlı hesabat hazırlamalıdır. Zərurət yaranarsa, G7 əlavə dizel ehtiyatlarının bazara çıxarılması imkanını da müzakirə edəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.