Efiopiya və Sudan arasında diplomatik böhran: Konsulluqlar bağlandı, diplomatlar ölkədən çıxarıldı

Efiopiya və Sudan qarşılıqlı ittihamlar fonunda sərhəd yaxınlığındakı konsulluqlarını bağlayıb. Altı sudanlı diplomata ölkəni tərk etmək əmri verilib. Tərəflər bir-birini silahlı qruplaşmaları dəstəkləməkdə ittiham edir.

34

Efiopiya və Sudan arasında diplomatik münasibətlər kəskinləşib. İki ölkə bir-birini silahlı qruplaşmaları dəstəkləməkdə ittiham etdikdən sonra ortaq sərhəd yaxınlığındakı konsulluqların fəaliyyətini dayandırıb və diplomatların ölkədən çıxarılmasına qərar verib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” və “Associated Press” agentlikləri məlumat yayıb.

Efiopiya hakimiyyəti ölkənin qərbində yerləşən Asosa şəhərindəki Sudan konsulluğunu bağlayaraq altı sudanlı diplomata 48 saat ərzində ölkəni tərk etməyi tapşırıb. Sudan isə buna cavab olaraq Qədarif şəhərindəki Efiopiya konsulluğunu bağlayıb və onun əməkdaşlarının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Diplomatik gərginliyin əsas səbəbi tərəflərin bir-birinə qarşı irəli sürdüyü təhlükəsizlik ittihamlarıdır.

Sudan Efiopiyanı 2023-cü ildən ölkə ordusuna qarşı döyüşən Sürətli Dəstək Qüvvələrinə (RSF) yardım göstərməkdə ittiham edir. Xartumun iddiasına görə, RSF Efiopiya ərazisindən istifadə edərək Sudanın mülki infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Sudan hökuməti məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına və Afrika İttifaqına şikayət təqdim edib. Efiopiya isə ittihamları rədd edir.

Öz növbəsində, Əddis-Əbəbə Sudanı Efiopiyanın şimalındakı Tiqray bölgəsində fəaliyyət göstərən üsyançı qüvvələri dəstəkləməkdə günahlandırır. Sudan bu iddiaları qəbul etmir.

Qarşılıqlı ittihamlar Afrika Buynuzu regionunda mövcud silahlı münaqişələrin qonşu ölkələrə yayılması ilə bağlı narahatlıqları artırıb/

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.