Prezidentin adından 100 manat vəd edirlər – RƏSMİ XƏBƏRDARLIQ

Azərbaycanda Zəfər Günü ərəfəsində Prezidentin adından 100 manat pul mükafatı vəd edən saxta “WhatsApp” mesajları yayılır. Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları zərərli keçidlərə daxil olmamağa çağırıb.

79

Azərbaycanda 8 Noyabr – Zəfər Günü ərəfəsində Prezident İlham Əliyevin adından vətəndaşlara 100 manat pul mükafatı veriləcəyi barədə saxta mesajlar yayılır. Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) əhalini bu cür mesajlara inanmamağa və göndərilən keçidlərə daxil olmamağa çağırıb.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də Milli Kibertəhlükəsizlik Agentliyi rəsmi xəbərdarlıq yayıb.

Agentliyin məlumatına görə, “WhatsApp” istifadəçilərinə Azərbaycan Prezidentinin adından 100 manatlıq pul mükafatı vəd edən mesajlar göndərilir. Mesajların tərkibində zərərli keçidlər yerləşdirilib.

MKA bildirib ki, dövlət qurumları və rəsmi şəxslərin adından göndərilən şübhəli mesajlara ehtiyatla yanaşmaq, onların doğruluğunu yalnız rəsmi mənbələr vasitəsilə yoxlamaq lazımdır.

Vətəndaşlara bu cür keçidlərə daxil olmamaq, bank kartı məlumatlarını, şəxsi şifrələri və SMS təsdiq kodlarını paylaşmamaq tövsiyə olunur.

Agentlik saxta kampaniya ilə qarşılaşan şəxsləri məlumatı qurumun rəsmi internet saytı vasitəsilə bildirməyə çağırıb.

Qeyd edək ki, Prezidentin adından yayılan 100 manatlıq mükafat kampaniyası saxtadır. Vətəndaşlar belə mesajları başqalarına göndərməməli və şübhəli keçidləri açmamalıdırlar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.