İlham Əliyevin Çolpon-Atada rəsmi qarşılanma mərasimi keçirilib

Qırğızıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

11

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentinin rəsmi saytında mərasimin iyulun 31-də saat 07:45-də keçirildiyi bildirilib.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verdikdən sonra Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb. Daha sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Mərasim zamanı Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunublar.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Mərasimin sonunda İlham Əliyev və Sadır Japarov rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü, ardınca isə iki ölkənin Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.