Ərdoğan Cənubi Koreyada rəsmi mərasimlə qarşılandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Seulda Cənubi Koreya Prezidenti Li Ce Myon tərəfindən rəsmi mərasimlə qarşılanıb. Liderlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Cənubi Koreyanın paytaxtı Seulda rəsmi qarşılanma mərasimində iştirak edib. Türkiyə liderini Prezident Li Ce Myon qarşılayıb. Mərasimdən sonra dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçirilib.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və “Anadolu Agentliyi” məlumat yayıb.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Cənubi Koreya Prezident Sarayında Li Ce Myon və həyat yoldaşı tərəfindən qarşılanıblar.

Rəsmi mərasimdə Türkiyə və Cənubi Koreyanın dövlət himnləri səsləndirilib, hər iki ölkənin nümayəndə heyətləri təqdim olunub.

Mərasim çərçivəsində Cənubi Koreyanın Milli Tekvondo Nümayiş Komandası xüsusi proqram təqdim edib. Nümayişin sonunda Türkiyə Prezidentinə və həyat yoldaşına “Xoş gəlmisiniz” yazılı pankart göstərilib.

Daha sonra iki lider Prezident Sarayında qapalı formatda görüş keçirib. Təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub.

Görüşlərdə Türkiyə ilə Cənubi Koreya arasında strateji tərəfdaşlığın inkişafı, iqtisadi əməkdaşlıq, enerji sahəsində layihələr, eləcə də regional və beynəlxalq məsələlər gündəmdə olub.

Türkiyə nümayəndə heyətində xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və digər rəsmilər iştirak ediblər.

Ərdoğanın noyabrın 1–4-nü əhatə edən səfəri çərçivəsində ikitərəfli münasibətlərin hüquqi əsaslarını gücləndirəcək sənədlərin imzalanması da nəzərdə tutulub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.