Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə tamaşa izləyib

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində nümayiş olunan “Zikra: xatirələr gecəsi” tamaşasına baxıblar.

51

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan “Zikra: xatirələr gecəsi” tamaşasına baxıblar.

MSNews.az xəbər verir ki, tamaşa Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində təqdim edilib. Bu barədə “AZƏRTAC” məlumat yayıb.

Səhnə əsəri Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən “Wadi AlFann” beynəlxalq incəsənət məkanının sifarişi ilə hazırlanıb. Tamaşanın müəllifi tanınmış rejissor və xoreoqraf Əkrəm Xandır.

Müasir rəqslə klassik hind rəqsinin elementlərini birləşdirən layihə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.

Tamaşanın süjetində qadınlar bir gecəlik bir araya gələrək keçmiş nəsillərin xatirələrini canlandırmağa çalışırlar. Əsərdə yaddaş, mənəvi irs, keçmişlə bu gün arasındakı əlaqə əsas mövzular kimi təqdim olunur.

Tamaşanın musiqisini bəstəkar Aditya Prakaş hazırlayıb. Əl-Ulanın qədim miflərindən və təbiətindən ilhamlanan səhnə əsərinin dünya premyerası 2025-ci ilin yanvarında keçirilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.