Bolqarıstanda prezident seçkiləri: Rusiya və Ukrayna məsələsi ön planda

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Rusiya ilə dialoqu dəstəkləyən İliyana Yotova və Ukraynaya dəstək verən Andrey Gyurov prezidentlik uğrunda mübarizə aparırlar.

67

Bolqarıstanda noyabrın 1-də prezident seçkilərinin ikinci turu keçirilib. Prezident vəzifəsini icra edən İliyana Yotova ilə ölkənin sabiq müvəqqəti Baş naziri Andrey Qyurov arasında rəqabətdə Rusiya ilə münasibətlər və Ukraynaya dəstək əsas müzakirə mövzularından birinə çevrilib.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Oktyabrın 25-də keçirilən birinci turda Yotova səslərin 34,76 faizini, Qyurov isə 31,95 faizini toplayıb. Seçici fəallığı təxminən 23 faiz olmaqla ölkənin postkommunist dövründə ən aşağı səviyyəyə düşüb.

Namizədlər arasında əsas fikir ayrılıqlarından biri xarici siyasətlə bağlıdır. Yotova Rusiya ilə dialoqun bərpasını və sanksiyaların yumşaldılmasını müdafiə edir. Bununla yanaşı, Bolqarıstanın Avropaya inteqrasiyasını dəstəkləyir.

Qyurov isə Ukraynaya dəstəyin davam etdirilməsinin, NATO ilə əməkdaşlığın və ölkənin Qərbyönümlü siyasətinin gücləndirilməsinin tərəfdarıdır. Seçkilər Qara dənizdə ticarət gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumların təhlükəsizlik narahatlıqlarını artırdığı bir dövrə təsadüf edib. Hər iki namizəd hücumları pisləyərək Ukraynadakı müharibənin diplomatik yolla dayandırılmasına çağırıb.

Bu arada, “Associated Press”in məlumatına görə, ikinci turun ilkin exit-poll nəticələrində Yotova təxminən 52, Qyurov isə 44 faiz səslə göstərilir. Bu rəqəmlər hələ rəsmi yekun nəticə deyil.

Seçkilərin rəsmi nəticələrinin noyabrın 2-də açıqlanması gözlənilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.