11 Avropa İttifaqı ölkəsi bir il yeni qanunlar qəbul etməyəcək

Avstriya, Almaniya, İtaliya və digər səkkiz Avropa İttifaqı ölkəsi yeni qanunvericilik təşəbbüslərinə 12 aylıq fasilə verilməsini təklif edib. Məqsəd qüvvədə olan qaydaların tətbiqini sürətləndirmək və bürokratik yükü azaltmaqdır.

12

Avropa İttifaqının 11 üzvü yeni qanunvericilik təşəbbüslərinə 12 aylıq fasilə verilməsini təklif edib. Ölkələr hesab edirlər ki, Brüssel bu müddətdə yeni qaydalar hazırlamaq əvəzinə, mövcud qanunların tətbiqinə və bürokratik yükün azaldılmasına diqqət yetirməlidir.

MSNews.az xəbər verir ki, “Politico”  nəşrinin əldə etdiyi müraciəti Avstriya, Almaniya, İtaliya, Polşa, Danimarka, Çexiya, Slovakiya, Sloveniya, Litva, Portuqaliya və Macarıstanın nümayəndələri imzalayıblar. Təşəbbüs Avstriyanın rəhbərliyi ilə irəli sürülüb.

Avstriyanın Avropa məsələləri üzrə naziri Klaudiya Bauer bildirib ki, əvvəlki qaydalar tam tətbiq edilmədiyi halda yeni qanun layihələrinin irəli sürülməsini davam etdirmək olmaz. Onun sözlərinə görə, Aİ hazırda qanunları qəbul etdikdən sonra sadələşdirməyə çalışır, halbuki onların tətbiqinin nə dərəcədə mürəkkəb olacağı əvvəlcədən qiymətləndirilməlidir.

Təklifə əsasən, qarşıdakı bir il qüvvədə olan qanunların nəzərdən keçirilməsinə, artıq qəbul edilmiş normaların həyata keçirilməsinə və lüzumsuz inzibati tələblərin müəyyənləşdirilməsinə ayrılmalıdır. Müraciət müəllifləri həmçinin yeni qaydaların təsirinin hər beş ildən bir yoxlanılmasını istəyirlər.

Bu, hələ qəbul edilmiş qərar deyil. Söhbət üzv ölkələrin Avropa İttifaqının qanunvericilik prosesinə dair təklifindən gedir; Aİ-də yeni qanunların qəbulu bir il müddətinə dayandırılmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.