Alban-Udi icması Ermənistanın mövqeyini sərt şəkildə qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması Gəncəsər və Xudavəng məbədlərinə səfərlə bağlı Ermənistanın reaksiyasını qınayıb və bunun sülh prosesinə təhlükə yaratdığını bildirib.

20

Azərbaycan Alban-Udi xristian dini icması diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistanda verilən reaksiyanı qətiyyətlə qınayıb. İcma bu münasibəti revanşist yanaşma kimi qiymətləndirərək onun regionda sülh prosesinə təhlükə yaratdığını bildirib.

MSNews.az xəbər verir ki, bu barədə Alban-Udi xristian dini icmasının sədri Robert Mobilinin sentyabrın 18-də yaydığı bəyanatda bildirilib.

Bəyanatda Ermənistanın siyasi və dini dairələrinin, o cümlədən Baş nazir Nikol Paşinyanın Gəncəsər və Xudavəng məbədlərini erməni irsi kimi təqdim etməsi tənqid olunub. İcma bu yanaşmanı tarixi həqiqətlərin təhrif edilməsi kimi qiymətləndirərək diplomatik nümayəndələrin səfərinə qarşı aparılan kampaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mənfi təsir göstərdiyini vurğulayıb.

İcma Qafqaz Albaniyasının Azərbaycan tarixinin ayrılmaz hissəsi olduğunu bəyan edərək Gəncəsər, Xudavəng, Ağoğlan, Amaras və digər qədim məbədlərin Alban irsi kimi qorunmasının vacibliyini qeyd edib.

Bəyanatda Ermənistan tərəfinin bu abidələrin tarixi mənsubiyyətinə dair mövqeyi qəbuledilməz hesab olunub və dini-mədəni irslə bağlı mübahisələrin siyasi qarşıdurma vasitəsinə çevrilməsinə etiraz bildirilib.

Alban-Udi icması Ermənistanın siyasi və dini dairələrini revanşist ritorikadan, tarixi irslə bağlı təhriflərdən və regionda sülh prosesinə mane ola biləcək addımlardan çəkinməyə çağırıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.