Bakıda “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Bakıda “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub. Tədbirdə Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

94

Bakıda Daş Salnamə Muzeyində rəssam-heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin “Məsuliyyət radiusu” layihələrinin təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

MSNews.az xəbər verir ki, bu barədə “Oxu.az” AZƏRTAC-a istinadən məlumat yayıb.

“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq hazırlanıb. Layihə çərçivəsində yaradılan heykəltaraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub.

“Məsuliyyət radiusu” layihəsində isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib. Layihə insan və təbiət arasındakı əlaqəyə, eləcə də ətraf mühitə qarşı məsuliyyət məsələsinə diqqət yönəldir.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.