Monenin əsəri 50 milyon avroya satıldı

Fransalı rəssam Klod Monenin “İris” əsəri Parisdə 50 milyon avroya satılaraq Fransada hərrac tarixinin ən bahalı sənət əsəri olub.

12

Məşhur fransalı impressionist rəssam Klod Monenin “İris” adlı tablosu Parisdə keçirilən hərracda 50 milyon avroya (təxminən 56 milyon dollar) satılaraq Fransada indiyədək hərrac yolu ilə satılmış ən bahalı sənət əsəri olub.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Sotheby’s” hərrac evinə istinadən məlumat yayıb.

Oktyabrın 22-də keçirilən hərracda rəsm əsəri uğrunda gərgin mübarizə yaşanıb. Əvvəlcə altı kolleksiyaçı 45 dəqiqə ərzində qiymət təkliflərini artırıb. Son mərhələdə isə iki iştirakçı arasında rəqabət daha 20 dəqiqə davam edib. Nəticədə tablo telefon vasitəsilə hərraca qatılan asiyalı kolleksiyaçıya satılıb.

Les lots phares de la collection Jeanne Schlumberger en images - The Art Newspaper
Mone tərəfindən 1924–1925-ci illərdə, ömrünün son dövründə çəkilmiş əsər məşhur “Schlumberger” kolleksiyasına daxil olub. Hərracdan əvvəl tablonun 22–30 milyon avro arasında satılacağı proqnozlaşdırılsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib.
FRANCE-ART-AUCTION-IMPRESSIONISM
“AFP” agentliyinin məlumatına görə, təxminən 1,6 metr hündürlüyündə və 1,8 metr enində olan əsər onilliklər ərzində Schlumberger ailəsinin şəxsi kolleksiyasında saxlanılıb və ictimaiyyətə nümayiş etdirilməyib.
FRANCE-ART-AUCTION-IMPRESSIONISM

Bununla da Fransada əvvəlki hərrac rekordu yenilənib. İndiyədək ölkədə ən yüksək nominal satış qiyməti 2010-cu ildə italyan rəssam və heykəltəraş Amedeo Modilyaninin “Kariatida başı” əsərinə məxsus idi. Həmin əsər 43,2 milyon avroya satılmışdı.

Yeni rekord inflyasiya nəzərə alınmadan hesablanıb. “The Art Newspaper” nəşri qeyd edir ki, qiymətlər inflyasiyaya uyğunlaşdırıldıqda Fransada daha yüksək dəyərə satılmış əsərlər də mövcuddur.

Qeyd edək ki, “İris”in 50 milyon avroluq satış qiymətinə hərrac komissiyaları da daxildir. Əsərin komissiyasız satış qiyməti 43 milyon avro təşkil edib.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.