YAP və Türkiyənin Zəfər Partiyası arasında görüş keçirilib

Bakıda YAP rəsmisi Tahir Budaqov ilə Türkiyənin Zəfər Partiyasının nümayəndəsi Hakkı Şafak Ses görüşüb. Tərəflər Azərbaycana qarşı siyasi kampaniyaları və partiyalararası əməkdaşlığı müzakirə ediblər.

15
Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Zəfər Partiyasının nümayəndələri arasında görüş keçirilib. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərini, son dövrlərdə yaranmış siyasi fikir ayrılıqlarını və partiyalararası əməkdaşlıq imkanlarını müzakirə ediblər.

MSNews.az xəbər verir ki, oktyabrın 24-də YAP-ın Mərkəzi Aparatında partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses ilə görüşüb. Görüş Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Zəfər Partiyasının sədri Ümit Özdağın salamlarını çatdıran Hakkı Şafak Ses iki siyasi təşkilat arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. O, partiyanın nümayəndə heyətinin Bakıya səfər edərək əməkdaşlıq məsələlərini müzakirə etməsi təklifini də irəli sürüb.

 

Görüşdə Türkiyənin bəzi siyasi dairələrindən Azərbaycana yönələn tənqidi açıqlamalar da müzakirə olunub.

 

Hakkı Şafak Ses bildirib ki, Zəfər Partiyası Azərbaycana qarşı aparıldığını hesab etdiyi siyasi kampaniyadan narahatdır. Onun sözlərinə görə, Ümit Özdağ Azərbaycanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə vurğulayıb.

 

Partiya rəsmisi Azərbaycana girişinə qadağa qoyulmuş 31 nəfərin mövqeyinin Türkiyə xalqının ümumi münasibətini əks etdirmədiyini də qeyd edib. O, Türkiyədə Azərbaycana qarşı mənfi təbliğat apardığını iddia etdiyi şəxslərlə bağlı hüquqi tədbirlərin görülməsinin tərəfdarı olduqlarını bildirib.

 

Tahir Budaqov isə Zəfər Partiyasının Azərbaycanla bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.

 

YAP rəsmisi Türkiyənin bəzi siyasi dairələri tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamları qəbuledilməz adlandırıb. O bildirib ki, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu bir dövrdə belə fikir ayrılıqlarının yaranması təəssüf doğurur.

 

Budaqov Azərbaycanın müstəqil və dünyəvi dövlət kimi öz siyasətini müəyyənləşdirmək hüququna malik olduğunu vurğulayıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin tarixən müxtəlif sınaqlardan keçdiyini, lakin xalqlar arasında əlaqələrin qorunub saxlanıldığını qeyd edib.

 

Görüşün sonunda YAP və Zəfər Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.