Dünya çempionatı Moskvaya qayıdır

2030-cu il ağır atletika üzrə dünya çempionatı Moskvada keçiriləcək. Kremlin sözçüsü Dmitri Peskov qərarı idmanın siyasətdən uzaqlaşdırılması istiqamətində mühüm addım adlandırıb.

70

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 2030-cu ildə ağır atletika üzrə dünya çempionatının Moskvada keçirilməsi barədə qərarı alqışlayıb. Kremlin sözçüsü bunu Rusiyanın beynəlxalq idman yarışlarına qayıdışı və idmanın siyasətdən uzaqlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, Peskov oktyabrın 26-da jurnalistlərə açıqlamasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) qərarını şərh edib.

“Şübhəsiz ki, biz belə qərarları alqışlayırıq. Bu, idmanın siyasətdən uzaqlaşdırılması istiqamətində çox mühüm addımdır”, – deyə Peskov bildirib.

O, Rusiyanın beynəlxalq idman təşkilatlarında tamhüquqlu iştirakının bərpa edilməli olduğunu vurğulayıb.

“Rusiya dünya idman ailəsinə tamhüquqlu şəkildə qayıtmalıdır. Çünki bu ailə Rusiyanın iştirakı olmadan tam dəyərli fəaliyyət göstərə bilməz”, – deyə Kremlin sözçüsü əlavə edib.

Beynəlxalq Ağır Atletika Federasiyası oktyabrın 25-də 2028–2030-cu illər üçün bir sıra dünya çempionatlarının keçiriləcəyi ölkələri açıqlayıb.

Federasiyanın qərarına əsasən, 2030-cu ildə böyüklər arasında dünya çempionatına Moskva ev sahibliyi edəcək. 2029-cu ilin yarışları isə Hindistanın Əhmədabad şəhərində təşkil olunacaq.

Moskva sonuncu dəfə ağır atletika üzrə dünya çempionatına 1983-cü ildə ev sahibliyi edib. Beləliklə, turnir 47 ildən sonra Rusiya paytaxtına qayıdacaq.

2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən sonra Rusiyada Olimpiya idman növləri üzrə dünya çempionatları keçirilməyib. IWF-nin qərarı bu baxımdan diqqət çəkir.

Bununla belə, qərar bütün ölkələr tərəfindən müsbət qarşılanmayıb. Ukraynanın idman naziri Matvey Bednı Moskvanın ev sahibi seçilməsini qəbuledilməz adlandırıb və ölkəsinin həmin çempionatda iştirak etməyəcəyini bildirib.

Peskovdan Rusiyanın gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etmək ehtimalı barədə də soruşulub.

Kremlin sözçüsü bu məsələdə tələsməməyi tövsiyə edərək Olimpiya Oyunlarına ev sahibliyi etmək məsələsinin hazırda gündəmdə olmadığını bildirib.

Rusiya tərəfi IWF-nin qərarını beynəlxalq idmana qayıdış istiqamətində mühüm hadisə kimi qiymətləndirsə də, ölkənin bütün idman növlərində iştirakına dair məhdudiyyətlərin aradan qaldırılması ayrıca qərarlardan asılıdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.