Millimiz Maltaya uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ilk yoxlama oyununda Maltaya 0:2 hesabı ilə məğlub olub. Rəqibin qollarını Mbonq və Satariano vurublar.

110

Azərbaycan milli komandası Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

MSNews.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Malta millisi ilə qarşılaşıb. Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçirilən görüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Malta millisinin qollarını 65-ci dəqiqədə Mbonq, 86-cı dəqiqədə isə Satariano vurub. Qarşılaşmanı Macarıstandan olan baş hakim Mixali Kaprali idarə edib.

Azərbaycan millisi Avstriya toplanışı çərçivəsində növbəti və sonuncu yoxlama oyununu iyunun 9-da San Marino yığmasına qarşı keçirəcək.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.