İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər naziri Tom Berendsenlə görüşüb. Tərəflər iqtisadi əməkdaşlığı, investisiyaları və regional sülh məsələlərini müzakirə ediblər.

67

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və Cənubi Qafqazda sülh məsələləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı ötən il Kopenhagendə Niderlandın sabiq Baş naziri Dik Sxof ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq həmin vaxt ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini bildirib.

Prezident İlham Əliyev Tom Berendsenin Azərbaycana səfərini siyasət, diplomatiya, iqtisadiyyat və investisiya sahələrində əlaqələrin inkişafı üçün mühüm fürsət kimi qiymətləndirib.

Niderlandın xarici işlər naziri isə ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Görüşdə diqqət çəkən məqamlardan biri Niderland vətəndaşlarının İrandan təxliyəsi olub.

Tom Berendsen Yaxın Şərqdə baş verən hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən ölkəsinin Tehrandakı səfirinin və diplomatik nümayəndəlik əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə təşəkkür edib.

Niderlandlı nazir Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdiklərini bildirib. O, regionda davamlı sülhün təmin edilməsinin yalnız Cənubi Qafqaz üçün deyil, Avropa baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanları da ətraflı nəzərdən keçirilib.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyəti qeyd olunaraq nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və kənd təsərrüfatı istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Xüsusilə Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsindən yararlanmaq imkanlarına diqqət yetirilib. Azərbaycanın bu sahədə həyata keçirdiyi dövlət proqramları nəzərə alınaraq birgə layihələr üçün əlverişli şəraitin mövcudluğu vurğulanıb.

Tərəflər həmçinin iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və işgüzar nümayəndə heyətlərinin görüşlərinin təşkilini müzakirə ediblər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.