İlham Əliyev və Sərdar Berdiməhəmmədov əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, logistika və Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İraq və Türkiyə “İnkişaf Yolu” sazişinin layihəsini yekunlaşdırdı
İraq və Türkiyə “İnkişaf Yolu” layihəsi üzrə infrastruktur və nəqliyyat sazişinin yekun mətnini hazırlayıb. Sənəd hökumətlərin son təsdiqindən sonra rəsmi imzalanacaq.