Azərbaycan QHT-lərindən Ermənistandakı kampaniyaya sərt reaksiya

Azərbaycan QHT-ləri diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiyaları pisləyərək bunun sülh prosesinə zərər vurduğunu bildiriblər.

124

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə əlaqədar Ermənistanda aparılan kampaniyaya qarşı birgə bəyanat yayıblar. QHT-lər Ermənistanın müxtəlif dairələrinin mövqeyini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə cəhdi kimi qiymətləndiriblər.

MSNews.az xəbər verir ki, sentyabrın 18-də yayılan bəyanatda bu cür reaksiyaların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və iki ölkə arasında sülh gündəliyinə zərər vurduğu bildirilib.

Bəyanatda Azərbaycan xalqının tarixi və mədəni irsi, o cümlədən Qafqaz Albaniyasına aid abidələrin mənsubiyyəti ilə bağlı mübahisələrə də toxunulub. QHT nümayəndələri Ermənistanın Baş naziri Nikol Paşinyanın Gəncəsər məbədinin mənşəyi ilə bağlı Matenadaran institutunun rəyinə istinad etməsini tənqid ediblər.

Sənəddə həmçinin 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş separatçı rejimin nümayəndələrinin diplomatik missiyalara və beynəlxalq təşkilatlara müraciətlər göndərməsi ilə bağlı narazılıq ifadə olunub.

QHT-lər Ermənistan hökumətini sülh gündəliyinə sadiqliyini nümayiş etdirməyə, düşmənçilik ritorikasına son qoymağa və Azərbaycana qarşı irredentist çağırışların qarşısını almağa çağırıblar.

Bəyanatda Azərbaycan vətəndaş cəmiyyətinin ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş addımları qəbuledilməz hesab etdiyi vurğulanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.