“Qarabağ” Niderlandda “Tvente”ni məğlub etdi

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Niderlandın “Tvente” klubuna 1:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisinin qolunu Kadi Borges vurub.

39

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandın “Tvente” klubunu səfərdə 1:0 hesabı ilə məğlub edib.

MSNews.az xəbər verir ki, qarşılaşma Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda keçirilib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb.

Ağdam klubunun qələbə qolunu 53-cü dəqiqədə Kadi Borges vurub. “Qarabağ” əldə etdiyi minimal üstünlüyü qarşılaşmanın sonunadək qoruyaraq Bakıdakı cavab oyunu öncəsi vacib nəticə qazanıb.

Cütün cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İki oyunun yekununda üstün olan komanda Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.