Almaniyadan Rusiyaya sərt cavab planı: Kiyevə yeni silahlar veriləcək

Leypsiq/Halle hava limanındakı PUA insidentindən sonra Almaniya Ukraynaya hərbi və kəşfiyyat dəstəyini artırmağı planlaşdırır. Berlin hətta Rusiya ərazisindəki hədəflərə dair məlumatların Kiyevlə paylaşılmasını nəzərdən keçirir.

66

Almaniya Leypsiq/Halle hava limanında partlayıcı ilə təchiz edilmiş PUA-nın aşkarlanmasından və hadisəyə görə Rusiyanı məsul tutmasından sonra Ukraynaya hərbi və kəşfiyyat dəstəyini əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir.

MSNews.az xəbər verir ki, “Der Spiegel”in hökumət dairələrinə istinadən məlumatına görə, müzakirə olunan variantlar arasında Kiyevə Rusiya ərazisindəki hərbi hədəflər barədə daha operativ kəşfiyyat məlumatlarının verilməsi də var.

Bu barədə “Der Tagesspiegel”“n-tv” “Der Spiegel”ə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya hökuməti Federal Kəşfiyyat Xidmətinin – BND-nin Ukraynaya “targeting data”, yəni raket, dron və artilleriya zərbələrinin planlaşdırılmasında istifadə oluna biləcək dəqiq coğrafi koordinatlar və digər məlumatlar təqdim etməsini nəzərdən keçirir. Hazırda bu tip məlumatların Ukraynaya müəyyən gecikmə ilə ötürüldüyü bildirilir.

Bununla belə, hədəf məlumatlarının daha operativ şəkildə ötürülməsi barədə yekun qərarın qəbul edildiyi açıqlanmayıb. Bu, hazırda kansler aparatında müzakirə edilən variant kimi təqdim olunur.

“Der Spiegel”in məlumatına görə, Berlin eyni zamanda Ukraynaya silah tədarükünü də sürətləndirməyə hazırlaşır. Sentyabr ayında Kiyevə minlərlə zərbə PUA-sının və IRIS-T hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin çatdırılması planlaşdırılır. Almaniyanın 2026-cı ildə Ukraynaya hərbi dəstəyinin ümumi həcminin 11,5 milyard avro təşkil etməsi nəzərdə tutulur.

Almaniya və Ukrayna arasında hərbi əməkdaşlığın genişləndirilməsi bundan əvvəl də rəsmi şəkildə razılaşdırılıb. Apreldə imzalanmış strateji tərəfdaşlıq sənədində əlavə IRIS-T buraxılış qurğularının, uzaqmənzilli “Anubis” və ortamənzilli “Seth-X” zərbə dronlarının Ukraynaya çatdırılması üzrə müqavilələrin olduğu göstərilib.

Berlinin dəstəyinə hava hücumundan müdafiə vasitələri də daxildir. Ukrayna Hərbi Hava Qüvvələrinin 1020-ci zenit-raket-artilleriya alayının yayımladığı görüntülərdə Almaniyanın “Rheinmetall” şirkətinin istehsalı olan Skyranger 35″ sistemi ilk dəfə Ukraynada nümayiş etdirilib. “Defense Express” sistemlərin artıq Ukrayna ordusunun istifadəsində olduğunu yazıb. “Rheinmetall” isə daha əvvəl Skyranger 35 sistemlərinin Ukraynaya tədarükü üçün müqavilə bağlandığını rəsmi şəkildə açıqlamışdı.

Almaniya hökuməti sentyabrın 1-də Leypsiq/Halle hava limanında avqustun 4-də baş vermiş insidentə görə Rusiyanı rəsmi şəkildə məsul tutub. Partlayıcı maddə daşıyan PUA Ukraynaya aid yük təyyarəsinin yaxınlığında aşkarlanaraq zərərsizləşdirilmişdi. Moskva ittihamları rədd edir.

Almaniya Federal Hökuməti isə cavab tədbirləri sırasında Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanması, Berlindəki “Rus Evi” ilə bağlı müqavilənin ləğvi, Rusiya vətəndaşlarına giriş nəzarətinin sərtləşdirilməsi və Rusiyanın “kölgə donanmasına” təzyiqin artırılmasını göstərib. Hökumət həmçinin Ukraynaya hərbi yardımın gücləndiriləcəyini açıq şəkildə bəyan edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.