Trampın yeni Qrenlandiya manevri ölkəni qarışdırdı

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üçün xüsusi nümayəndə təyin etdi, bu addım Danimarka və Qrenlandiyada narahatlığa səbəb oldu. Qrenlandiya gələcəyi barədə qərarı yalnız özünün verəcəyini vurğuladı.

99

ABŞ Prezidenti Donald Tramp bazar günü Qrenlandiya üçün xüsusi nümayəndə vəzifəsinə Luiziana qubernatoru Ceff Lendrini təyin etdi. Bu addım, Vaşintonun mineral baxımından zəngin Qrenlandiyanı yenidən öz hədəfinə daxil etdiyinə dair şərhlərə yol açdı.

Tramp illərdir Danimarka nəzarətində olan, lakin geniş muxtariyyətə sahib Qrenlandiyanın təhlükəsizlik səbəblərinə və təbii resurslara görə ABŞ-ın bir hissəsi olmasının vacibliyini bildirir.

Tramp bazar günü “Truth Social” platformasında “Ceff Qrenlandiyanın milli təhlükəsizliyimiz üçün nə qədər həyati olduğunu anlayır. O, həm müttəfiqlərimizin, həm də dünyanın təhlükəsizliyi üçün ölkəmizin maraqlarını güclü şəkildə irəlilədəcək” — deyə yazdı.

Ceff Lendri isə “X” hesabında bildirdi:

“Qrenlandiyanı ABŞ-ın bir hissəsi etmək üçün bu işdə xidmət etmək mənim üçün şərəfdir. Bu, Luiziana qubernatoru olaraq mövqeyimə heç bir şəkildə təsir etməyəcək.”

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın Kopenhagen səfirini çağıracağını açıqladı. Onun sözlərinə görə, Lendrinin açıqlamaları xüsusilə qıcıqlandırıcıdır.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen “Facebook” paylaşımında dedi ki, bu yeni elan onlar üçün heç nəyi dəyişmirgələcək barədə qərarı özləri verəcəklər.

Qrenlandiya parlamentindəki millət vəkili Aaja Çemnitz isə bildirdi ki, problem yalnız nümayəndə təyin olunması deyil, Qrenlandiyanı ələ keçirmək məqsədi ilə bu vəzifənin verilməsidir. O əlavə etdi ki, Qrenlandiyada buna dair heç bir istək yoxdur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.