Tusk: “Növbəti 100 gün Ukrayna müharibəsinin taleyini həll edə bilər“

Polşanın Baş naziri Donald Tusk Prezident Volodimir Zelenski ilə danışığından sonra Ukrayna müharibəsinin növbəti 100 gün ərzində həlledici mərhələyə daxil ola biləcəyini bildirib.

7

Polşanın Baş naziri Donald Tusk Ukrayna müharibəsinin nəticəsinin qarşıdakı 100 gün ərzində müəyyənləşə biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Tusk bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra səsləndirib. Polşa hökumətinin başçısı hazırkı vəziyyətdə müharibənin mümkün nəticələrini “əlli-əlliyə” qiymətləndirdiyini deyib.

“Prezident Zelenski ilə söhbətimdən sonra mənə tamamilə aydındır ki, növbəti 100 gün bu müharibənin nəticəsini həll edə bilər. İndi şansların əlli-əlliyə olduğunu deyərdim”, – Tusk bildirib. Onun açıqlamasını “The Guardian”⁠ yayıb.

Baş nazirin sözlərinə görə, prosesin gedişi böyük ölçüdə ABŞ Prezidenti Donald Trampın qəbul edəcəyi qərarlardan asılı olacaq. Tusk ABŞ siyasətindən kənarda fəaliyyət göstərən, lakin müharibənin gedişinə təsir imkanına malik şəxslərin də mühüm rol oynadığını vurğulayıb.

O, bu kontekstdə “SpaceX” şirkətinin rəhbəri İlon Maskı və Ukrayna ordusunun rabitəsində istifadə olunan “Starlink” peyk internet sistemini xüsusi qeyd edib. Tusk bildirib ki, müharibənin nəticəsinə təsir edən amillərin bir hissəsi artıq ənənəvi siyasətin sərhədlərini aşır.

Polşanın baş naziri açıqlamanı Rusiya raketinin ölkənin hava məkanını pozaraq Polşanın şərqində yerə düşməsindən sonra verib. Hadisə nəticəsində insan itkisi qeydə alınmasa da, Tusk bunun Ukraynaya dəstəyi davam etdirmək əzmini daha da gücləndirdiyini söyləyib. O bildirib ki, Polşanın təhlükəsizliyi Ukrayna ordusunun, xüsusilə hava hücumundan müdafiə qüvvələrinin effektiv fəaliyyətindən birbaşa asılıdır.

Tusk Polşanın Ukraynanın müharibədə məğlub olmaması üçün imkanları daxilində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.