Pakistanda terror aktı: 14 ölü, 24 yaralı

Pakistanın Xayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik postuna kamikadze hücumu nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

12

Pakistanın şimal-qərbində təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə kamikadze hücumu nəticəsində azı 14 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.

MSNews.az xəbər verir ki, hadisə Xayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Partlayıcı maddələrlə yüklənmiş avtomobil yüksək sürətlə təhlükəsizlik postuna çırpılıb və ardınca güclü partlayış qeydə alınıb. Partlayış nəticəsində obyekt tamamilə dağılıb.

Həlak olanlar arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Departamentinin bir əməkdaşı var. Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyi bildirilir. Onların vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.

Hücumdan dərhal sonra ətraf ərazilərdə təhlükəsizlik əməliyyatı başladılıb. Pakistan qüvvələrinin axtarış tədbirləri zamanı üç silahlını zərərsizləşdirdiyi bildirilir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib. Hücumun təşkilatçıları və istifadə olunan partlayıcının növü ilə bağlı araşdırma aparılır.

Tank rayonu Əfqanıstan sərhədinə yaxın ərazidə yerləşir və son dövrlərdə silahlı hücumların artdığı bölgələrdən biri hesab olunur. İyulun 13-də də həmin rayonda polis avtomobilinə qarşı partlayış nəticəsində iki polis əməkdaşı həlak olmuşdu.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031