Qana Panama üzərində son dəqiqə qələbəsi qazandı

Qana millisi DÇ-2026-nın L qrupunda Panamanı 1:0 hesabı ilə məğlub edib. Oyunun yeganə qolunu Kaleb Yirenkyi əlavə olunmuş vaxtda vurub.

15

Qana millisi DÇ-2026-nın qrup mərhələsinə dramatik qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki,”L” qrupunda keçirilən qarşılaşmada Qana Panamanı 1:0 hesabı ilə məğlub edib.

Görüşün taleyini əlavə olunmuş vaxtda vurulan qol həll edib. Kaleb Yirenkyi 90+5-ci dəqiqədə Brendon Tomas-Asantenin ötürməsindən sonra fərqlənərək Qanaya vacib 3 xal qazandırıb.

Matç yağışlı havada Torontoda keçirilib. Panama ilk hissədə daha fəal təsir bağışlasa da, Qana qapıçısı Lourens Ati-Zigi bir neçə vacib epizodda komandasını xilas edib. Qolkiper fasiləyə qədər zədə səbəbindən əvəzlənib.

Panama ikinci hissədə də qol imkanları yaratmağa çalışsa da, son nöqtəni Qana qoyub. Bu nəticədən sonra Qana “L” qrupuna qələbə ilə başlayıb, Panama isə ilk turda xalsız qalıb.

Qana növbəti oyununda İngiltərə ilə, Panama isə Xorvatiya ilə qarşılaşacaq.