Ana-oğul Dünya Kubokunda tarix yazdı

Cenni və Tayler Bindon Dünya Kuboklarında çıxış etmiş ilk ana-oğul cütlüyü kimi tarixə düşüblər. Cenni Yeni Zelandiya qadın millisində 2007 və 2011-ci illərdə, Tayler isə DÇ-2026 çərçivəsində İranla matçda oynayıb.

12

Yeni Zelandiya futbolunda Dünya Kuboku tarixinin ən maraqlı ailə hekayələrindən biri yaşanıb.

MSNews.az xəbər verir ki, Cenni Bindon və oğlu Tayler Bindon Dünya Kuboklarında çıxış etmiş ana-oğul cütlüyü kimi tarixə düşüblər.

Tayler Bindon FIFA Dünya Kubokunun “G” qrupunda keçirilən İran – Yeni Zelandiya matçında meydana çıxıb. Matç protokoluna görə, 21 yaşlı müdafiəçi 90+2-ci dəqiqədə Marko Stamenicin əvəzinə oyuna daxil olub.

Taylerin anası Cenni Bindon isə Yeni Zelandiya qadın millisinin keçmiş qapıçısıdır. “UCLA Athletics”in məlumatına görə, Cenni Bindon Yeni Zelandiya millisində 77 oyun keçirib və 2007, 2011 FIFA Qadınlar Dünya Kuboklarında çıxış edib.

New Zealand Football” yazır ki, Cenni Bindon 2004-cü ildə “Football Ferns”də çıxış etməyə başlayıb, bir il sonra isə oğlu Tayler dünyaya gəlib. O, ana olduqdan sonra da milli komandaya qayıdıb və karyerasını davam etdirib.

Yeni Zelandiya futbol ictimaiyyəti bu faktı xüsusi tarixi hadisə kimi qiymətləndirir. Yeni Zelandiyanın ABŞ-dakı diplomatik nümayəndəliyinin paylaşımında Cenni və Tayler Bindonun Dünya Kuboklarında çıxış etmiş ilk ana-oğul cütlüyü olduğu qeyd edilib.

Tayler Bindon hazırda Yeni Zelandiya millisinin üzvü kimi mundialda çıxış edir. İranla oyunda Yeni Zelandiya iki dəfə hesabda önə keçsə də, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.