Norveç Seneqalı məğlub edərək pley-offa yüksəldi

Norveç millisi DÇ-2026-nın "I" qrupunda Seneqalı 3:2 hesabı ilə məğlub edib. Erlinq Holand dubl edərək komandasının pley-off mərhələsinə yüksəlməsində əsas rol oynayıb.

6

Norveç millisi dünya çempionatının “I” qrupunda Seneqalı 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

MSNews.az xəbər verir ki, Norveç bu qələbə ilə 28 ildən sonra qatıldığı ilk dünya çempionatında qrupdan çıxmağı təmin edib. Görüş Nyu-York/Nyu-Cersi stadionunda keçirilib.

Norveçin ilk qolunu birinci hissənin sonlarına yaxın Markus Holmqren Pedersen vurub. İkinci hissədə Erlinq Holand iki dəfə fərqlənərək hesabı 3:0-a çatdırıb.

Seneqal matçın son bölümündə oyuna qayıtmağa çalışıb. Afrika təmsilçisinin heyətində İsmaila Sarr iki qol vursa da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu nəticədən sonra Norveç və Fransa “I” qrupundan pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Seneqal isə növbəti mərhələyə çıxmaq üçün ən yaxşı üçüncü yer sahibləri sırasında yer almağa ümid edəcək.